Hans Henri Kluge Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıb
09.10.2023 12:29
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin direktoru Hans Henri Kluge Azərbaycana səfəri çərçivəsində ÜST-nin Ölkə Ofisinin heyəti ilə görüşüb.
 
Bu barədə Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən xəbər verilib.
 
Görüş zamanı qonağa Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində ölkəyə göstərilən dəstək, həyata keçirilən layihələr haqqında məlumat verilib, işin məhsuldarlığının və davamlığının artırılması istiqamətində fikir mübadiləsi aparılıb, bir sıra təşəbbüslər müzakirə olunub.
 
Ölkə Ofisinin heyəti, eyni zamanda Qarabağ bölgəsində baş verən hadisələrlə bağlı fikirlərini ifadə edib, əməkdaşlıq edilən yerli səhiyyə qurumları ilə bu barədə mütəmadi əlaqə saxlanıldığını, lazımi şəraitdə əhaliyə dəstəyə hazır olduqlarını diqqətə çatdırıb.
 
Əməkdaşlarla fikirlərini bölüşən H.Kluge onların hər birinə verilən ətraflı və əhəmiyyətli məlumata görə, həmçinin ÜST-nin Azərbaycandakı fəaliyyətinə verdikləri töhfəyə görə təşəkkürünü bildirib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev