Tibbi Təhsil üzrə Dünya Federasiyasının prezidenti ATU rektorunun qonağı olub
06.10.2023 16:08

Tibbi Təhsil üzrə Dünya Federasiyasının prezidenti professor Rikardo Leon-Borkyez Azərbaycan Tibb Universitetinin rektoru, professoru Gəray Gəraybəylinin qonağı olub.

 

Bu barədə məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Görüş zamanı ilk dəfə olaraq Azərbaycanda keçirilən Tibbi Təhsil üzrə Beynəlxalq Konfransla(ICME) əlaqədar fikir mübadiləsi aparılıb.

 

Qonaq bu mühüm toplantının Bakıda yüksək səviyyəli təşkili ilə bağlı məmnunluğunu ifadə edib. ICME konfransının tibb təhsili sahəsində dünya miqyaslı mütəxəssislər arasında qarşılıqlı əməkdaşlıq üçün dayanıqlı platforma təmin etdiyini bildirən professor Rikardo Leon-Borkyez paytaxt Bakının gözəlliyinə dair fikirlərini bildirib.

 

ATU-nun rektoru professor Gəray Gəraybəyli tədbirə hazırlıq işləri, dəvət olunan qonaqlar, müzakirə ediləcək mövzuların aktuallığı və s məsələlər barədə fikirlərini açıqlayıb. G.Gəraybəyli həmçinin universitetdə son illərdə aparılan islahatlar, tədris sistemində tətbiq edilən dəyişikliklər barədə məlumat verib. ATU-nun üç ixtisasının beynəlxalq akkreditasiyadan keçdiyini, bunun ölkəmizdə tibb təhsilinin keyfiyyətinin artırılması, həm də ATU-nun nüfuzunun dünya üzrə yüksəlməsi baxımından olduqca  əhəmiyyətli olduğunu vurğulayıb.

 

Sonda iki müəssisə arasında qarşılıqlı əməkdaşlıq perspektivlər müzakirə olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev