Tiroid cərrahiyyəsində son yeniliklər müzakirə olunub
05.10.2023 09:40

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu Azər Hümmətov sentyabrın 27-dən oktyabrın 1-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Amerika Tiroid Cəmiyyətinin təşkil etdiyi illik konfransda iştirak edib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Konfransda cərrah-endokrinoloqun “Endemik və qeyri-endemik bölgələrdə tiroid düyünlərinin əməliyyatönü diaqnostikasında ACR-TİRADS təsnifatının və patahistoloji nəticələlərin əhəmiyyəti” mövzusunda poster çıxışı olub. Mövzu iştirakçıların diqqətini çəkib, toxunulan məsələlərlə bağlı müzakirələr aparılıb.

 

Tədbirdə tiroid cərrahiyyəsində son yeniliklər, müasir cihazlarla tiroid və paratiroid əməliyyatlarının aparılması, xoşxassəli və bədxassəli tiroid düyünlərinə müasir yanaşma üsulları və taktikaları, tiroid ultrasəs müayinəsinin əhəmiyyəti, qalxanabənzər vəzinin differensiyası, bilavasitə reseptor səviyyəsində olan müalicə taktikaları və s. barədə iştirakçılara ətraflı məlumat verilib.

 

A.Hümmətov konfrans zamanı təşkil olunan kurslarda da iştirak edib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev