Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ilk dəfə laparoskopik xolesistektomiya əməliyyatı icra edilib
01.09.2023 09:00

TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasında (ŞBX) ilk dəfə olaraq laparoskopik xolesistektomiya (öd kisəsinin çıxarılması) əməliyyatı icra edilib.

 

Gəncə ŞBX-dan Aztibb.az-a bildirilib ki, tibb müəssisəsinin nəzdində olan Abbas Səhhət adına xəstəxanada baş tutan əməliyyatı uzman anestezioloq-reanimatoloq Elşad Abışov, ümumi cərrahlar Anar Məmmədov, Nazilə Balakişiyeva və Rəşid Həsənov icra ediblər.

 

Əməliyyat prosesi uğurla başa çatıb, xəstə əməliyyatdan sonra özünü yaxşı hiss edir.

 

Qeyd edək ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının müasir avadanlıq və cihazlarla təchiz edilməsi prosesi mütəmadi davam etdirilir.

 

Laparoskopik xolesistektomiya əməliyyatının icra edildiyi “Karl Storz” laparoskopik cihazı ən müasir tələblərə cavab verir.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır