Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ilk dəfə laparoskopik xolesistektomiya əməliyyatı icra edilib
01.09.2023 09:00

TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasında (ŞBX) ilk dəfə olaraq laparoskopik xolesistektomiya (öd kisəsinin çıxarılması) əməliyyatı icra edilib.

 

Gəncə ŞBX-dan Aztibb.az-a bildirilib ki, tibb müəssisəsinin nəzdində olan Abbas Səhhət adına xəstəxanada baş tutan əməliyyatı uzman anestezioloq-reanimatoloq Elşad Abışov, ümumi cərrahlar Anar Məmmədov, Nazilə Balakişiyeva və Rəşid Həsənov icra ediblər.

 

Əməliyyat prosesi uğurla başa çatıb, xəstə əməliyyatdan sonra özünü yaxşı hiss edir.

 

Qeyd edək ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının müasir avadanlıq və cihazlarla təchiz edilməsi prosesi mütəmadi davam etdirilir.

 

Laparoskopik xolesistektomiya əməliyyatının icra edildiyi “Karl Storz” laparoskopik cihazı ən müasir tələblərə cavab verir.

 

Laparoskopik metodla aparılan əməliyyatlarda videokameranın köməyindən, nazik alətlərdən istifadə edilir və bu cür əməliyyatların üstünlüyü odur ki, ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açılır, nəticədə pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur. Optik cihazın kəsik yolu ilə əməliyyat sahəsinə daxil olması cərraha həmin nahiyəni monitorda rahatlıqla görməyə imkan verir. Laparoskopik əməliyyatlar daha az travmalı olduğundan ağırlaşma olmadıqda pasiyent növbəti gün evə yazılır. Bundan əlavə, əməliyyatdan sonra bədəndə kobud kəsik və çapıq izləri qalmır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub  
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
İcra başçısı Cəlilabad RMX-da müalicə alan şəhid anasını ziyarət edib
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
Ana qızının bağışladığı qaraciyərin sağ payı ilə sağlam şəkildə həyata bağlandı - Mərkəzi Klinikada uğurlu əməliyyat
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Zəngin iş təcrübəsinə malik peşəkar həkim Tahirə Məmmədova - Həkimlərimizi tanıyaq!
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?