Qadın 18 il sonsuzluq sonrası əkiz körpələr dünyaya gətirib
30.09.2023 09:23

Vaxtından əvvəl doğuş təhlükəsi ilə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna müraciət edən pasiyent 18 il sonsuzluq sonrası əkiz övladlarını sağlam şəkildə dünyaya gətirib.

 

Bu barədə Aztibb.az-a İnstitutdan  məlumat verilib.

 

Hamiləliyin təxminən 28-ci həftəsində vaxtından əvvəl doğuş təhlükəsi, istmiko-servikal çatışmazlıq diaqnozları ilə ETMGİ-yə gələn hamilə Qəbul şöbəsindən təcili şəkildə həkim mama-ginekoloq Aysel Bəyişovanın nəzarəti altında Hamiləliyin patologiyası şöbəsinə köçürülüb. İstmiko-servikal çatışmazlıq konservativ üsullarla korreksiya olunduqdan sonra qadın dinamik nəzarətdə saxlanılıb və hamiləlik 37-ci həftəyə qədər çatdırılıb. Vəziyyəti ilə əlaqədar mama-ginekoloq A.Bəyişova tərəfindən cərrahi doğuş aparılıb.

 

Uğurla keçən qeysəriyyə kəsiyi əməliyyatı ilə hər ikisi oğlan olan 2400 və 2700 qram çəkidə əkizlər sağlam şəkildə dünyaya gəlib.

 

Qadın övladları ilə birlikdə evə yola salınıb.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev