TƏBİB və AYİB arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
28.09.2023 16:22
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri arasında görüş keçirilib.
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, görüşdə qurumun İcraçı direktorunun müavini Araz Nəsirov, Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Ramin Ağayev, Strateji təhlil və inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, AYİB-baş bankiri Yelena Qordeyeva, AYİB-in Bakı nümayəndəliyinin aparıcı bankiri Real Hacıyev və digərləri iştirak ediblər.
 
İcraçı direktorun müavini Araz Nəsirov qonaqlara TƏBİB-in fəaliyyəti barədə, eyni zamanda tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib.
 
AYİB-in baş bankiri Yelena Qordeyeva Bankın ölkəmizlə səmərəli və uzunmüddətli əməkdaşlığını qeyd edib və qurumun bundan sonra da Azərbaycanda ayrı-ayrı sahələrini, o cümlədən tibb sahəsini dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.
 
Görüşdə maliyyə qurumu ilə TƏBİB arasında əməkdaşlıq imkanlarının perspektivi ətrafında geniş müzakirələr aparılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev