Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimləri Naxçıvanda ezamiyyətdə olublar
28.09.2023 14:37
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxovun təşəbbüsü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Naxçıvana ezam olunmuş ixtisaslı həkimlərinin iştirakıyla Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində seminar və xəstə müayinəsi təşkil olunub.
 
Bu məlumat Aztibb.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən verilib.
 
Seminardan əvvəl Elmi-Tədqiqat Pediatriya İnstitutunun mütəxəssisləri Mərkəzin Anesteziologiya və reanimasiya şöbəsinin şəraiti və körpələrin vəziyyəti ilə tanış olublar. Həkimlər Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan uşaqların müalicəsi ilə bağlı konsulium keçiriblər.
 
Üç günlük işgüzar ezamiyyət çərçivəsində institutunun reanimatoloq və neanotolaqları Perinatal Mərkəzdə doğuşda iştirak ediblər.
 
Daha sonra uşaq cərrahının Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasında xəstə müayinəsi təşkil olunub.
 
Həmçinin tibb işçilərinin seminarı keçirilib. Tədbirin təşkilində məqsəd müvafiq tibbi xidmətin keyfiyyətini təkmilləşdirmək və tibb işçilərinin peşəkarlıq səviyyəsini artırmaq olub.
 
Seminarda Perinatal Mərkəzin inzibati məsələlər üzrə direktor müavini Ülkər Bayramova çıxış edərək ixtisaslı həkimlərlə birgə fəaliyyətin əhəmiyyətindən danışıb.
 
İnstitutunun uşaq cərrahı Zülfiyyə Məmmədova, reanimatoloq-neonatoloqlar Aynurə İsmayılova və Leyla Həsənova çıxışlarında səfərin məqsədinin pediatriya sahəsində təcrübə mübadiləsinin aparılması olduğunu bildiriblər.
 
Tədbirdə ağır patologiya ilə doğulan uşaqlara ilkin tibbi yardım, onların necə təxliyə olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır