Anım Günündə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
28.09.2023 09:38

27 Sentyabr - Anım Günü münasibətilə Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib.

 

Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.

 

Öncə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Təcili Tibbi yardım şöbəsinin təcili yardım həkimi Nərgiz Kərimova, Dr.Gülay Məmmədzadə, İT şöbəsinin rəisi Bəhruz Muradov, PR mütəxəssis Dilarə Zamanova, İT mühəndis Natiq Orucov  və Sanitar Karantin Xidmətinin mütəxəssisi Vüsalə Ağayeva da iştirak ediblər.

 

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev xalqımıza qarşı ermənilər tərəfindən  həyata keçirilən vandalizm və soyqırım aktlarından danışıb. Qeyd olunub ki, müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin ideyalarının sadiq davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuz işğal altındakı ərazilərimizi azad edib. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olunmaqla yanaşı, regionun hərtərəfli inkişafı, qlobal əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar yaranıb.

 

Həmçinin Naxçıvan Baş Gömrük İdarəsinin rəhbərliyi və əməkdaşları Anım Günü ərəfəsində şəhid ailələrini də ziyarət edib.  Bildirilib ki, xalqımız qəhrəman şəhidlərimizin xatirəsini hər zaman əziz tutacaq və onların keçdiyi şanlı döyüş yolu gələcək nəsillərin tərbiyəsində, vətənpərvər ruhda yetişməsində nümunə olacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub