İT sahəsində təhsil almış könüllülər Agentlikdə işə qəbul olunub
26.09.2023 15:56

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) cari ilin iyun-sentyabr ayları ərzində “İnformasiya texnologiyaları (İT) sahəsi üzrə II Könüllü Proqramı” təşkil edib.

 

Agentlikdən Aztibb.az-a verilən məlumata görə, proqramın məqsədi İT sahəsi üzrə biliklərə yiyələnmək istəyən gənclərə dəstək olmaq, onların ixtisas biliklərini artırmaq üçün nəzəri və praktiki təlimlər keçirmək və karyera inkişafında dəstək olmaqla ilk işə götürən rolunda çıxış etməkdir.

 

Cari ilin aprel ayında elan olunan proqramda iştirak etmək üçün Agentliyə 815 müraciət daxil olub. Müsahibə mərhələsinə ən yüksək bal toplayan 46 könüllü qatılıb. Namizədlər İT sahəsi üzrə bakalavriat və magistratura pillələrində təhsil alan şəxslər olub. Onlardan 6 nəfər Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin Proqramlaşdırma şöbəsinə kiçik mütəxəssis vəzifəsi üzrə işə qəbul edilib. Onlar Agentlikdə ilk iş yeri olaraq əmək fəaliyyətinə başlayıblar.

 

Proqram çərçivəsində könüllülər 2 ay ərzində Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsində qruplara bölünərək təcrübə keçiblər. Könüllülərə İdarənin əməkdaşlarından ibarət mentorlar tərəfindən ustad dərsləri keçirilib. Təcrübəçilərə proqram təminatı, mobil tətbiq və müxtəlif proqramların hazırlanması üçün zəruri olan həllər, loq-faylların növləri, proqram sistemlərinin təhlükəsizliyi, süni intellekt texnologiyası mövzularında təlimlər keçirilib. Könüllü proqramın iştirakçıları üçün həmçinin ingilis dili təlimləri təşkil olunub.

 

Ən yaxşı nəticə göstərmiş digər şəxslər isə sertifikatla təmin olunublar. Əldə etdikləri yüksək nəticələrə görə Agentlik tərəfindən onlar haqqında xasiyyətnamələr tərtib edilib. Gələcəkdə uyğun vakansiya olduqda yenidən dəyərləndirmək məqsədilə onların məlumatları Agentliyin kadr ehtiyat bazasına daxil edilib.

 

Qeyd edək ki, bu, İT sahəsində könüllülərin iştirakı ilə Agentlik tərəfindən icra olunan ikinci könüllü proqramıdır. İlk dəfə ötən il həyata keçirilən proqramın yekununda 12 nəfər Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin müxtəlif şöbələrində işə qəbul edilib

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub