TƏBİB nümayəndələri Sloveniyada keçirilən beynəlxalq tədbirə qatılıblar
23.09.2023 12:41

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ECDC-nin (European Centre for Disease Prevention and Control - Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi) təşkil etdiyi Sloveniya/Azərbaycan mütəxəssislərinin AMR/MDR (antibiotiklərə davamlılıq/çoxlu dərmanlara davamlılıq) nəzarət mövzusu üzrə mübadilə proqramında iştirak ediblər.

 

Bu barədə Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir.

 

Azərbaycan nümayəndə heyətini TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva, Yeni Klinikanın həkim-mikrobioloqu Mətanət Məmmədova, Neftçilər Xəstəxanasının həkim-mikrobioloqu Lalə Baxışlı və Kliniki Tibbi Mərkəzin həkim-mikrobioloqu Lalə Vəliyeva təmsil ediblər.

 

Tədbir Sloveniyanın paytaxtı Lyublyana şəhərində Səhiyyə Nazirliyində keçirilib.

 

Mübadilə proqramının əsas məqsədi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan və Sloveniyada antibiotiklərə davamlılıq probleminin miqyasını anlamaq və bu problemə qarşı tədbirlər planının hazırlanmasını müzakirə etməkdir.

 

Tədbirin ilk günündə Lyublyana Universitetinin Tibb fakültəsinin professoru Bojana Beovic “Sloveniyada və Lyublyanada antimikrobiyal təcrübələr” və “Sloveniya xəstəxanalarında milli nəzarət ilə sektorlararası əməkdaşlıq mexanizmi”, klinik mikrobiologiya mütəxəssisi Dr. Helena Ribic isə “Sloveniyada antibiotiklərə davamlılığın müşahidəsi” mövzuları üzrə təqdimatlar nümayiş etdiriblər.

 

Öz növbəsində Azərbaycanda antibiotiklərə davamlılıq, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində infeksion nəzarətin təşkili və mikrobioloji laboratoriyaların iş prinsipi haqqında TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva və Kliniki Tibbi Mərkəzin həkim-mikrobioloqu Lalə Vəliyeva çıxış ediblər.

 

Daha sonra isə Milli İctimai Səhiyyə İnstitutunun ictimai səhiyyə üzrə mütəxəssisi Dr.Polonca Truden Dobrin “Antimikrobiyal davamlılıq nəticələrinin və sübutların effektiv siyasətlərə çevrilməsi”, Milli İctimai Səhiyyə İnstitutunun həkim-epidemioloqu, Lyublyana Universitetinin Tibb fakültəsinin professoru Maja Subelj “Antimikrob rezistentliklə mübarizə siyasətinin qurulmasında Sloveniya təcrübəsi” haqqında məlumatları bölüşüblər.

 

Həmçinin Azərbaycan heyətini Sloveniyanın Mikrobiologiya və İmmunologiya İnstitutunun laboratoriyalarında olan şəraitlə tanış ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub