Ürək əməliyyatlarında istifadə olunacaq yeni üsul dünya tibb ədəbiyyatında
24.09.2023 11:00

Ürək-damar cərrahiyyəsi uzmanı, prof. Barış Durukan yüksək riskli xəstələrin ürək əməliyyatlarında qaldırma və öskürək hərəkətləri ilə döş sümüyünün ayrılmasının qarşısını alacaq “Durukan örgüsü” adlı xüsusi düyünləmə texnikası hazırlayıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, prof. Barış Durukan, "İnkişaf etdiyimiz texnika sayəsində, əlavə materiala ehtiyac qalmadan sümüyün sadə və sürətli şəkildə təhlükəsiz bağlanmasını təmin edirik", - deyə bildirib.

 

Ankara Liv Hospitalda çalışan prof. Barış Durukan tərəfindən hazırlanmış və 150 xəstəyə uğurla tətbiq edilən xüsusi düyünləmə texnikası məqalə şəklində dünya tibb ədəbiyyatında öz yerini tutub. Türkiyəli professor araşdırmasının Polşanın "Journal of Cardiothoracic Surgery" jurnalında dərc etdirdiyini və Amerika Milli Sağlamlıq Kitabxanasına məqalə olaraq daxil olduğunu bildirib.

 

O, döş sümüyünün polad məftillərlə bağlandığını və normal tətbiq olunan texnikanın ortopedlərin istifadə etdiyi lövhələr kimi yüksək riskli xəstə qruplarında istifadə edilə biləcəyini söyləyib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub