Türkiyədə ilk: 37 yaşlı qadın döş xərçəngi müalicəsindən sonra ana oldu
22.09.2023 12:54

Döş xərçəngi diaqnozu qoyulduqdan sonra yumurtalıq toxuması çıxarılaraq dondurulan Hilal Gündüz xərçəngə qalib gəldikdən sonra yenidən köçürülən yumurtalıq toxuması sayəsində ana olub.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, 2016-cı ildə İstanbulda döş xərçəngi diaqnozu qoyulan 37 yaşlı Hilal Gündüz onkoloji müalicəyə başlamazdan əvvəl gələcəkdə hamilə qalmaq üçün Cerrahpaşa Tibb fakültəsinə müraciət edərək yumurtalıq toxumasının götürülərək dondurulmasını istəyib. Ginekologiya və mamalıq kafedrasının müdiri, prof. İsmayıl Çepni və komandasının keçirdiyi əməliyyatla Gündüzün yumurtalıq toxuması çıxarılıb.

 

5 illik uğurlu onkoloji müalicədən sonra sağlamlığına qovuşan və yenidən xəstəxanaya müraciət edən H.Gündüz hamilə qalmaq istədiyini bildirib və yumurtalıq toxumasının yenidən köçürülməsini istəyib.

 

Prof. İsmail Çepni və komandasının 2021-ci ildə həyata keçirdiyi əməliyyatla daha əvvəl çıxarılan yumurtalıq toxuması pasiyentə köçürülüb.

 

Transplantasiyadan 1 il sonra hamilə qalan H.Gündüz 37 həftəlik nəzarətli hamiləlikdən sonra keysəriyyə əməliyyatı ilə 2450 qram çəkidə sağlam qız uşağı dünyaya gətirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub