MBBİ-nin əməkdaşları “Science Camp” Tələbə elmi düşərgəsində iştirak ediblər
19.09.2023 09:40

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşları tələbə elmi düşərgəsində iştirak ediblər.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tələbə elmi düşərgəsi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Bir Könüllü” Tələbələrin İctimai Birliyinin “Elm və innovasiya” proqramı çərçivəsində Zuğulba tədris idman kompleksində təşkil olunub. Düşərgənin keçirilməsində əsas məqsəd tələbələr arasında elmi inkişafı dəstəkləmək, tədqiqatçılarla tələbələr arasında əlaqələrin qurulmasına dəstək olmaq, həmçinin müasir dövrdə elm sahəsindəki problemlərin həll yollarını tələbələrə göstərmək olub.

 

Düşərgənin ilk günü MBBİ-nin Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aytən Ağayeva “Elm nədir? Tədqiqat necə aparılır? Elmi işlər və yazılar necə hazırlanır?” mövzusunda çıxış edib.

 

Tədbirdə, həmçinin MBBİ-nin aparıcı elmi işçisi dosent Ulduzə Qurbanovanın iştirakı ilə “Karyera harada başlayır” mövzusu üzrə mentor görüş keçirilib. Tələbə elmi düşərgəsində gənclər elmin fizika, kimya və biologiya sahələrini əhatə edən seminar və təlimlərdə iştirak edib, asudə vaxtlarını əyləncəli proqramlar və komanda işinə hazırlaşmaqla dəyərləndiriblər. Sonda gənclərə sertifikatlar təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub