Naxçıvanda sığorta hesabatlılığının formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbirlər davam etdirilir
19.09.2023 09:13
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə sığorta hesabatlılığının formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbirlərin keçirilməsi davam etdirilir.
 
Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən bildirilib ki, ötən həftə Ağciyər Xəstəlikləri Dispanserində və Yoluxucu Xəstəliklər Mərkəzində keçirilən tədbirlərdə çıxış edən Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov iştirakçılara yığıncağın keçirilməsinin məqsədindən danışıblar.
 
Qeyd olunub ki, icbari tibbi sığortanın başlıca funksiyası tibb müəssisələrində düzgün hesabatlılığın və şəffaf maliyyə mexanizminin yaradılmasıdır.
 
Tədbirlərdə Agentliyin ekspertləri tibb müəssisələrinin informasiya idarəetmə sisteminin təkmilləşdirilməsi və sistemdə yeni modulların yaradılması istiqamətində görüləcək işlər, sözügedən istiqamətdə çatışmazlıqların həllinə nail olmaq üçün həkimlərin üzərinə düşən vəzifələr barədə məlumat veriblər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır