Son bir ayda 80-ə yaxın xəstəxanaya yeni elektrokardioqramma aparatları verilib
19.09.2023 10:00
TƏBİB-in dəstəyi ilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri yeni tibbi avadanlıqlarla təmin olunub. Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə son bir ayda Mərkəzin strukturuna daxil olan 80-nə yaxın tibb müəssisəsinə müasir standartlara cavab verən yeni elektrokardioqramma (EKQ) aparatları verilib.
Bu barədə Aztibb.az-a Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yaxın gələcəkdə Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən digər tibb müəssisələri də (poliklinikalar) həmin cihazlarla təmin ediləcək.
Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi xidmətin təşkili departamentinin İxtisaslı tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Aytən Sultanovanın sözlərinə görə, poliklinikaların yeni avadanlıqlarla təchiz olunması vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcək:
“Bakı şəhəri üzrə fəaliyyət göstərən poliklinikalarda olan elektrokardioqramma cihazlarının çoxu köhnəlmiş, yararsız hala düşmüşdü. Bu isə əhalinin tibbi müayinələr üçün böyük xəstəxanalara üz tutmasına və orada sıxlığın yaranmasına səbəb olurdu. Lakin artıq bu sahədə tədbirlər həyata keçirilir. Bu isə vətəndaşların poliklinikaların tibbi xidmətlərindən daha səmərəli istifadə etmələrinə şərait yaradır. Bu, həmçinin ikinci səviyyə tibb müəssisələrinin üzərinə düşən yükün azalmasına da səbəb olacaq”.
Əhalinin profilaktik müayinələrinin aparılması, xəstəliklərin vaxtından aşkarlanması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində yararsız olan tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması, müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

