Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
15.09.2023 09:11

Sentyabrın 15-i Azərbaycanda Bilik Günü kimi qeyd olunur.

 

Aztibb.az xəbər verir ki, bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır.

 

Sentyabrın 15-də ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.

 

2023-2024-cü tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 612 min 294 şagird təhsil alacaq. Bu il respublikada məktəblərin I sinfində 135 min 418, IX sinfində 152 min 536, XI sinfində isə 103 min 72 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Məktəbəqədər təhsilə 114 min 484 uşaq, məktəbəhazırlıq qruplarında tədrisə isə 80 min 273 uşaq cəlb olunacaq.

 

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 481 131 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 34 995 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 000-ə yaxın beşyaşlının cəlb olunacağı gözlənilir. Yeni tədris ilindən 114 yeni məktəbdə peşə təmayüllü siniflərin təşkili nəzərdə tutulur. 

 

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 498 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 375 tərbiyəçi-müəllim çalışacaq. 

 

Tədris ili iyunun 14-də başa çatacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub