Dad və qoxu itkisi COVID-19-un yeni variantının əsas simptomlarıdır
13.09.2023 08:16

Türkiyənin Altınbaş Universiteti Tibb fakültəsinin Döş qəfəsi xəstəlikləri kafedrasının müdiri, prof. Şevket Özkaya COVID-19-un yeni variantında ən çox rast gəlinən şikayətin dad və qoxu itkisi olduğunu bildirib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, dünyanın 50-dən çox ölkəsində aşkarlanan COVID-19-un Omikron ailəsinin son mutant variantı olan Eris İngiltərə və Fransadan sonra digər Avropa ölkələrində də yayılmağa başlayıb.

 

Yeni variantın yoluxma nisbətinin yüksək olduğunu bildirən Ş.Özkaya, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəzi ölkələrdə COVID-19 epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirmə, reanimasiya şöbələrinə müraciət və ölüm hallarının artmasına diqqət çəkdiyini deyib.

 

Ş.Özkaya, "ÜST, EG.5.1 (Eris) kimi COVID-19 variantlarının riskini qiymətləndirmək üçün ölkələrin hesabatlarının vacibliyini qeyd edib: "Bu, bütün ölkələri insanların həyatını xilas etmək və koronavirusun uzunmüddətli yükünün qarşısını almaq üçün mövcud tövsiyələrə və tədbirlərə əməl etməyə çağırır." 

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev