Salyan Rayon Mərkəzi Xəstəxanasında qastroenteroloqlar üçün təlim keçirilib
08.09.2023 18:07

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisəsi olan Salyan Rayon Mərkəzi Xəstəxanasında qastroenteroloqlar üçün təlim keçirilib.

 

Bu barədə Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir.

 

TƏBİB-in Azərbaycan Qastroenterologiya İnvaziv Endoskopiya Cəmiyyəti İctimai Birliyi (AQİC İB) ilə bağladığı Memorandum müqaviləsinə əsasən keçirilən “Gastroschool 10” təlimi Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 6 DTT krediti ilə qiymətləndirilib.

 

Təlimdə müvafiq sahə mütəxəssislərinə həzm sistemi xəstəliklərinin müasir diaqnostika, müalicə metodları və profilaktikasına həsr olunmuş mövzular təqdim edilib. Eyni zamanda Endoskopiya otağından canlı bağlantı qurularaq xəstənin endoskopik müayinəsi izlənilib.

 

Təlimin sonunda mövzu üzrə geniş müzakirə aparılıb və auditoriyanın sualları cavablandırılıb.

 

Tədbirin TƏBİB-in digər tabeli tibb müəssisələrində keçirilməsi planlaşdırılır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub