Yeni qurulan laboratoriyalar icbari tibbi sığorta çərçivəsində 731 növ laborator analizin aparılmasına imkan verir
07.09.2023 12:13
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının və infrastrukturunun gücləndirilməsi məqsədilə müasir standartlara cavab verən yeni laboratoriyalar qurulur.
Bu barədə Aztibb.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, artıq Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən 40-a yaxın tibb müəssisəsinin tam müasir avadanlıqlarla təmin edilməsi prosesi tamamlanıb və yeni laboratoriyalar fəaliyyətə başlayıb. Yaxın dövr ərzində bu prosesin davam etdirilərək, Mərkəzin strukturuna daxil olan bütün tibb müəssisələrini əhatə etməsi nəzərdə tutulur.
Tibb müəssisələrində fəaliyyət göstərən laboratoriya şöbələrinin işinin təkmilləşdirilməsi, müasir cihaz və avadanlıqlarla təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə qədər 40-a yaxın tibb müəssisəsində əvvəlki laboratoriya şöbələrinin əsasında laborator xidmətlər yenidən təşkil edilib, müasir tibbi standartlara uyğunlaşdırılıb və sahə prinsipi üzrə əhalinin xidmətinə verilib.
Bundan sonra vətəndaşlar yaşadığı ərazi üzrə qeydiyyatda olduğu ilkin səhiyyə müəssisəsinə müraciət edərək, həkim təyinatı əsasında icbari tibbi sığorta çərçivəsində keyfiyyətli laboratoriya xidmətləri alacaq.
Qeyd edək ki, yeni qurulan laboratoriyalar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 731 növ laborator analizlərin tam və dəqiq şəkildə həyata keçirilməsinə imkan verir.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

