İnqilabi araşdırma: mRNA peyvəndi ilə ilk xərçəng müalicəsi
07.09.2023 12:50

"Biontech" şirkəti tərəfindən hazırlanmış mRNA peyvəndi ilə fərdiləşdirilmiş xərçəng müalicəsində perspektivli irəliləyişlər əldə edilib. Belə ki, klinik sınaqlar zamanı İngiltərədə ilk dəfə Adrian Taylor adlı xəstə xərçəng peyvəndi ilə müalicə olunub. 54 yaşlı Taylorun şişlərinin çoxu təxminən bir il ərzində yox olub.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Taylora 2021-ci ilin dekabrında badamcıq xərçəngi diaqnozu qoyulub. Ötən ilin iyununda isə xərçəngin ağciyərə yayıldığı məlum olub. Xəstənin sağ ağciyərində 6 şiş aşkarlanıb, onlardan ən böyüyü 9 millimetr diametrdə olub. 9 millimetrlik şiş bir neçə ay ərzində 25 millimetrə qədər böyüyüb.

 

Adrian Taylor sentyabr ayında mRNA əsaslı xərçəng peyvəndinin klinik sınaqlarında iştirak etmək üçün müraciət edib və o, Liverpuldakı Clatterbridge Xərçəng Mərkəzində müalicəyə başlayıb. Burada pasiyentə mRNT peyvəndi ilə birlikdə "Pembrolizumab" adlı yeni dərman da verilib. Peyvənd xərçəng hüceyrələrini öldürən yeni immun hüceyrələrini aktivləşdirir. Eyni zamanda, bu dərman immunitet sisteminin xərçəng hüceyrələrinə hücumuna kömək edib.

 

Adrian Taylor ilk dozanı noyabr ayında qəbul edib, hər üç həftədən bir isə ona yeni doza verilib.

 

May ayında aparılan müayinə onun ağciyərindəki şişlərdən biri istisna olmaqla, hamısının yoxa çıxdığını göstərib. 25 millimetrlik şiş 4,6 santimetrə qədər kiçilib. Taylor iki il müddətində müalicəsini davam etdirəcək.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub