Mülki müdafiə sahəsində birgə fəaliyyət əhalinin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır
05.09.2023 08:05
"Azərbaycan Respublikasının 2023-cü il üçün Mülki Müdafiə tədbirləri planı" çərçivəsində Şəki rayonu Qoxmuq kənd tam orta məktəbində Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional İdarəsinin əməkdaşları tərəfindən MM tədbirləri planının 6-cı bəndinə əsasən mülki müdafiəni tədris edən müəllimlərin iştirakı ilə tədbir keçirilib.
 
Şəki Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən məlumata görə, tədbirdə Mülki Müdafiə İdarəsinin rəisi v.i.e., mayor Sarvan Əsədov, Mülki Müdafiə Hazırlıq şöbəsinin baş zabiti kapitan Rəvan Mustafayev, Yanğın Nəzarət İdarəsinin əməkdaşı, kapitan Oruc Qurbanlı, Şəki Rayon Mərkəzi Xəstəxanasının İlkin Səhiyyə Xidmətinin (İSX) şöbə müdiri Şəlalə Bayramova, Ailə sağlamlıq Mərkəzinin (ASM) həkim terapevti Esmira Əhmədova, ASM həkim pediatrı Rəna Kərimova, eləcə də Şəki rayon ümumtəhsil məktəblərinin 295 nəfərdən ibarət müəllim heyəti iştirak ediblər.
 
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
 
Tədbiri giriş sözü ilə açan mayor Sarvan Əsədov əhalinin mülki müdafiə üzrə maarifləndirilməsinin, mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
 
Daha sonra İSX şöbə müdiri Şəlalə Bayramova "Fövqəladə hallarda ilkin tibbi yardım" mövzusunda təqdimatla çıxış edib.
 
ASM-in həkimləri Esmira Əhmədova və Rəna Kərimova müxtəlif vəziyyətlərdə təxirəsalınmaz yardım qaydalarından danışıb, müəllimləri maraqlandıran sualları cavablandırıblar.
 
Sonda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində videoçarxın nümayişi olub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır