Naxçıvan Mərkəzi Xəstəxanasında 50 həkim ixtisasına uyğun fəaliyyət göstərmir    
05.09.2023 09:23

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasındakı 94 həkimdən 50-si ixtisasına uyğun fəaliyyət göstərmir.

 

Aztibb.az-ın “Report”-a istinadla məlumatına görə, eyni hal Naxçıvan Perinatal Mərkəzi və bir sıra digər səhiyyə ocaqlarında da müşahidə olunur. Hətta Babək Rayon Mərkəzi Xəstəxanasında laboratoriya müdiri vəzifəsinə ixtisasca aqronom olan şəxs təyin olunub.

 

Hazırda muxtar respublika səhiyyəsində 400-dən çox vakansiya mövcuddur. İxtisaslı kadrlar çatışmadığından tibb müəssisələrində bu qədər boş yerlər yaranıb. Bu, o demək deyil ki, Naxçıvanda ixtisaslı istedadlı həkimlər yoxdur. Bütün bunlar ötən illərdə muxtar respublikada istedadlı həkimlərin fəaliyyətinə süni maneələrin törədilməsi, lazımi iş imkanlarının yaradılmaması nəticəsində yaranıb. Nəticədə yüzlərlə peşəkar tibbi kadr Naxçıvanı tərk edərək başqa yerlərə gedib. Hazırda paytaxt Bakı və qonşu Türkiyədəki dövlət və özəl tibb müəssisələrində Naxçıvandan gedən onlarla uzman həkim fəaliyyət göstərir və kifayət qədər tanınır.

 

Son aylar muxtar respublikanın səhiyyə sistemində əsaslı islahatlar aparılır, infrastruktur yenidən qurulur, kadr potensialı gücləndirilir.

 

Bu islahatlara uyğun olaraq qeyri-ixtisas həkim fəaliyyəti məsələsi də öz həllini tapır. Son aylarda işə götürülən tibbi kadrlar öz ixtisasına uyğun yerlərə təyin olunurlar.

 

Qanuna müvafiq olaraq vakansiyaya ya həmin ixtisas üzrə personal təyin olunur, ya da müəyyən hallarda həmin sahədə fəaliyyət göstərən mütəxəssislər müvafiq ixtisasartırma kurslarına cəlb olunurlar. Səhiyyənin inkişafı istiqamətində atılan addımlar isə öz nəticəsini verir. Respublikamızdan və dünyanın digər ölkələrdən yüksək potensiallı mütəxəssislər fəaliyyətini davam etdirmək üçün muxtar respublikaya üz tutub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır