Ürək-damar cərrahı Kənan Əsədov - “Həkimlərimizi tanıyaq!” rubrikası
06.09.2023 17:11
Mərkəzi Gömrük Hospitalının pasiyentlərinə qarşı çox diqqətcil, qayğıkeş həkim, ürək-damar cərrahı Kənan Əsədovu “Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə təqdim edirik.
O, 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib, 2005-2006-cı illərdə ATU-da Pediatriya ixtisası üzrə internatura, 2008-2010-cu illərdə Stavropol Tibb Akademiyasında Torakal cərrahiyyə ixtisası üzrə kliniki ordinatura keçib.
Əmək fəaliyyətinə 2007-ci ildə özəl tibb müəssəsində kiçik həkim-pediatr kimi başlayan K.Əsədov 2010-2011-ci illərdə özəl tibb müəssəsində torakal cərrah, 2011-2018-ci illərdə dövlət tibb müəssəsində ürək-damar cərrahı vəzifələrində çalışıb.
Kənan Əsədov 2018-ci ildən Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində ürək-damar cərrahı kimi fəaliyyət göstərir. Hospitalın Kardiologiya şöbəsində neonatal və pediatrik ürək cərrahiyyəsi, aort cərrahiyyəsi, qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsi, minimal invaziv ürək cərrahiyyəsi, TAVİ, aorto koronar şuntlama əməliyyatı, EKQ, holter monitorinqi, intaortik balon pompasının tətbiqi və digər prosedurları həyata keçirir.
O, 2018-ci ildə həyata keçirdiyi uğurlu əməliyyata görə Dövlət Sərhəd Xidməti tərəfindən Fəxri fərmana layiq görülüb.
Həkim dünya mətbuatında kardiologiyaya dair ən yeni nailiyyyətləri izləyən və öyrənən, Azərbaycanda və qardaş Türkiyədə keçirilən konqreslərdə yaxından iştirak edən, bilik və bacarıqlarını daim artıran ürək-damar cərrahıdır. 2015-ci ildə ürək-damar cərrahı sertifikatı alıb, 2022-ci ildə Türkiyənin Antalya şəhərində Türkiyə Pediatrik Kardioloji və Ürək Damar Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə keçirilən “Milli Pediatrik Kardioloji və Pediatrik Ürək Cərrahiyyəsi” konqresində iştirak edib.
Azərbaycan Kardiologiya Assosiasiyasının üzvüdür.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

