"Tibbi peşəkarlarla sağlam həyat tərzi praktikaları" mövzusunda təlim keçirilib
01.09.2023 17:56

BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi və təşkilatçılığı, "Yeni Klinika"nın və "Impact Agency"nin (Impactagency360) dəstəyi ilə “Azərbaycanda yaşlılar üçün sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaşlı vətəndaşların fəal və sağlam həyat tərzinə dəstək olmaq məqsədilə "Tibbi peşəkarlarla sağlam həyat tərzi praktikaları" mövzusunda təlim keçirilib.

 

Bu barədə Aztibb.az-a "Yeni Klinika"dan məlumat verilib.

 

Təlim müddətində iştirakçılar mütəxəssislər tərəfindən təqdim olunan seanslar vasitəsilə qidalanma, məşq, yuxu rejimi, stressin idarə edilməsi və emosional tarazlıq haqqında məlumatlar əldə ediblər.

 

Bundan əlavə, iştirakçıların şəxsi məqsədləri və ehtiyacları nəzərə alınmaqla həyat tərzinə dair tövsiyələr təqdim olunub. Sentyabr ayının sonuna qədər davam edəcək “Azərbaycanda yaşlılar üçün sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi” layihəsi yaşlı insanların sağlam, fəal və inteqrasiya olunmuş həyat tərzinə dəstək vermək məqsədini daşıyır.

 

Layihə müddətində təşkil ediləcək müxtəlif fəaliyyətlər vasitəsilə yaşlı insanların sosial təminat və səhiyyə xidmətlərinə çıxışı, texnologiyadan istifadə və cəmiyyətdə iştirak kimi mövzularda ehtiyaclarını qarşılamaları üçün yardımçı mühitin yaradılması nəzərdə tutulub.

 

Qeyd olunan fəaliyyətlər “Azərbaycan üçün neftdənkənar, dayanıqlı, inteqrə olunmuş və gender baxımından inklüziv maliyyə çərçivəsi” layihəsi çərçivəsində icra olunur.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub