Oğuz Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şuranın iclası keçirilib
02.09.2023 10:40

Oğuz Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan kənd həkim və tibb məntəqələrində əhaliyə göstərilən tibbi xidmətlərin yaxşılaşdırılması və mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə hər ay Oğuz RMX-da Tibbi Şuranın iclası keçirilir.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, iclasda İlkin Səhiyyə Xidmətinin rəhbəri Nəzakət Qədirova, Oğuz RMX-nın həkim-ftiziatrı Mərziyyə Lətifova, Oğuz ASM-nin qadın məsləhətxanasının həkim mama-ginekoloqu Gülsüm İsakova, eləcə də həkim və tibb məntəqələrinin işçiləri iştirak ediblər.

 

İclası giriş sözü ilə açan Nəzakət Qədirova kənd həkim və tibb məntəqələrinin qarşısında duran vəzifələr, İlkin Səhiyyə Xidmətinin fəaliyyəti, patronaj xidməti, uşaqlar arasında profilaktik peyvəndləmə, dispanserizasiyanın aparılması barədə bölüşüb.

 

Daha sonra Mərziyyə Lətifova vərəmin yoluxucu xəstəlik olmasını qeyd edərək, bu xəstəliyin vərəm mikrobakteriyası tərəfindən törədildiyini bildirib.

 

Həkimin sözlərinə görə, vərəm xəstəliyi insanın bütün orqanlarını zədələyə bilər, lakin ən geniş yayılmış forması ağ ciyər vərəmidir. Ağ ciyər vərəmi həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir.

 

Daha sonra Gülsüm İsakova hamiləlikdə risk qruplarının əsas problemlərini, risk qruplarının təyininin vacib amillərdən biri olduğunu qeyd edib.


Sonda kənd tibb məntəqələrinin işçiləri iclasda müzakirə olunan məsələlər barədə öz fikirlərini bildiriblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır