Şəki Rayon Mərkəzi Xəstəxanasının oftalmoloqu Vüqar Abdullayev - Həkimlərimizi tanıyaq!
04.09.2023 10:25

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə xəstələrin göz nurunun qayğısına qalan Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Vüqar Abdullayev haqqında məlumatları təqdim edirik.

 

O, 1978-ci ildə Şəki şəhərində doğulub. 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə və profilaktika fakültəsində təhsil alıb. 2000-2001-ci illərdə Akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda oftalmologiya ixtisası üzrə internatura keçib.

Vüqar Abdullayev 2001-2002-ci illərdə hərbi xidmətdə Tibb xidməti rəisi, ehtiyatda olan t/x baş leytenantı olub. 2002-ci ildən Şəki Rayon Mərkəzi Xəstəxanasında həkim-oftalmoloq kimi fəaliyyət göstərir.
 
Oftalmoloq həkim bir sıra seminar və konfranslarda iştirak edib.
 
Türk Oftalmoloqlar Cəmiyyətinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvüdür.
 
O, Türkiyə Atatürk adına Egitim Araşdırma Xəstəxanası, Rusiya Federasiyasının Ufa şəhərində - Kataraktanın fakoemulsifikasiyası, Akademik Zərifə Əliyeva adına MOM - Kataraktanın fakoemulsifikasiyası WETLAB və Azərbaycan Həkimlərin Təkmilləşmə İnstitutunda ixtisasartırma kurslarında iştirak edib.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır