Lənkəran Rayon Mərkəzi Xəstəxanasında daha bir uğurlu əməliyyat icra edilib  
30.08.2023 10:34
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Ürək damar cərrahhiyyəsi şöbəsi növbəti uğurlu əməliyyata imza atıb.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, tanınmış ürək-damar cərrahı, uzman həkim Yusif Abdulovun rəhbərliyi ilə mərkəzə ürəyin işemik xəstəliyi, kəskin stenokardiya diaqozu ilə müraciət edən Firuddin Əliyevə Aorta Koronar, By-Pass qreft əməliyyatı icra olunub.
 
Baş tutan uğurlu əməliyyatdan sonra özünü daha rahat hiss edən pasiyent Reanimasiya şöbəsindən palataya köçürülüb.
 
Xəstəxananın direktoru Ağabala Kəlbiyev əməliyyatdan sonra xəstənin vəziyyəti ilə maraqlanıb.
 
Regionlarda yaradılan yüksək səviyyəli tibbi xidmətə görə ölkə rəhbərliyinə və TƏBİB-ə minnətdarlığını bildirən direktor A.Kəlbiyev artıq açıq ürək əməliyyatlarının tabeli tibb müəssisələrdə keçirilməsinin real olduğunu vurğulayıb.
 
Yaradılan şəraitdən və icra oluna əməliyyatdan razılığını bildirən xəstə F.Əliyev tibbi komandaya təşəkkür edib.
 
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi standartlara cavab verən İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələri yaradılıb, şöbələr ən müasir tibbi avadanlıqlarla təchiz olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır