“Patronaj xidmətinin gücləndirilməsi” layihəsi çərçivəsində görüş təşkil edilib
29.08.2023 15:58
Sumqayıt Tibb Mərkəzinin (STM) 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində TƏBİB və Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi “Patronaj xidmətinin gücləndirilməsi” layihəsi çərçivəsində görüş keçirilib.
 
Bu barədə Aztibb.az-a STM-dən xəbər verilib.
 
Bildirilib ki, görüşdə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, STM-in direktor müavini İlkin Namazov, Tibb bacıları şöbəsinin rəhbəri Qızılgül Bünyatova, 3 nömrəli ASM-in baş həkim əvəzi Sevinc Ələkbərova, həkimlər və tibb bacıları iştirak ediblər.
 
UNICEF-in Erkən uşaq inkişafı üzrə Milli məsləhətçisi Yelena İsrafilova ilkin səhiyyə xidməti sahəsində qadınlara və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni patronaj modeli haqqında ətraflı məlumat verib.
 
Y. İsrafilova “Hamilə qadınlar və erkən yaşlı uşaqlara dair universal proqressiv xidmət modelinin tətbiqinin strateji istiqamətləri üzrə təlimat”dan danışaraq bildirib ki, təlimat ilkin səhiyyə xidməti göstərən tibb işçilərinin fəaliyyətinin gücləndirilməsi ilə erkən yaşlı uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılması, xəstəliklərin, sosial problemlərin erkən aşkarlanması və müvafiq yardımın göstərilməsi nəticəsində xəstələnmə, fəsadlaşma və ölüm hallarının azaldılması məqsədini daşıyır.
 
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub