Yüzlərlə qadına ana olmaq sevincini bəxş edən yüksəkixtisaslı həkim - Təranə Bayramova
31.08.2023 09:15
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə etibarlı, keyfiyyətli, peşəkar xidmət göstərən, yüzlərlə qadına ana olmaq sevincini bəxş edən yüksəkixtisaslı həkim, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin müdiri, t.ü.f.d. Təranə Bayramovanı təqdim edirik.
 
O, 1995-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 1995-2000-ci illərdə Türkiyənin paytaxtı Ankara şəhərində Başkent Universitetinin və Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın Xəstəlikləri və Doğum kafedrasında diplomdansonrakı təhsilini davam etdirib.
 
Təranə Bayramova əmək fəaliyyətinə 2000-ci ildə Türkiyənin Ankara şəhərində Gülhane Askeri Tibb Akademiyasında və Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasının Mamalıq-ginekologiya şöbəsində başlayıb. 2000-2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Ana, Döl, Uşaq Sağlamlığının mühafizəsi şöbəsində kiçik elmi işçi, həkim mama-ginekoloq, 2001-2010-cu illərdə Mərkəzi Klinik Xəstəxananın Qadın Sağlamlığı mərkəzində həkim mama-ginekoloq vəzifəsində çalışıb. 2010-cu ildən isə Mərkəzi Gömrük Hospitalında Mama-ginekologiya şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir.
 
Peşəkar həkim Mərkəzi Gömrük Hospitalında normal və patoloji hamiləlik təqibi, orqan nəqli olmuş hamilələrin təqibi, normal fizioloji və cərrahi doğuşlar, konservativ və cərrahi ginekologiya, onkoloji cərrahiyyə, uroginekologiya və kosmetik ginekoloji cərrahiyyə, laparoskopik və robotik cərrahiyyə, sonsuzluğun konservativ və cərrahi müalicəsi, inseminasiya və süni mayalanma həyata keçirir. 
 
O, daim öz üzərində çalışan, dünya səhiyyəsinin ən son nailiyyətlərindən bəhrələnən yüksəkixtisaslı mütəxəssisdir. 65-dən çox elmi məqalənin, 1 kitabın həmmüəllifidir. 
 
Təranə Bayramova Türkiyə Ginekoloji və Mamalıq Cəmiyyətinin, Türkiyə Üreme Tibb Birliyinin, Türkiye Üreme Sağlığı ve İnfertilite Birliyinin, Türkiyə Ginekoloji Endoskopiya Birliyinin, Avropa İnsan Bərpası və Embriologiyası Cəmiyyətinin, Türkiyə Çanaq dibi Rekonstruktiv Cərrahiyyə və İnkontinans Birliyinin, Beynəlxalq Pelvikperineologiya Cəmiyyətinin üzvüdür.
 
2015-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb. 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub