Şuşa Rayon Mərkəzi Xəstəxanasının cərrahı Bəhruz Məmmədov - Həkimlərimizi tanıyaq!
28.08.2023 16:08
Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda, xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.
 

"Həkimlərimizi tanıyaq!" rubrikamızda söz açacağımız Bəhruz Məmmədov Şuşada sevilən-seçilən həkimlərdən biridir.

 

O, 1988-ci ildə Şuşa şəhərində anadan olub. 2007-2013-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2016-cı ildə özəl klinikada işə başlayıb. 2022-ci ildən etibarən isə Şuşa Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah vəzifəsində fəaliyyətini davam etdirir.

 

Bəhruz Məmmədov 2013-2015-ci illərdə Moskva şəhərində Akademik B.V.Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzində Ümumi cərrahiyə üzrə ixtisaslaşıb. Həkim bir çox xarici, yerli konfrans və simpoziumlarda iştirak edib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır