"Dahi təbiblər" rubrikası təqdim edir: Professor Məmmədəmin Əfəndiyev
28.08.2023 10:20
"Dahi təbiblər" rubrikasında bu dəfə saytımızın oxucularına Azərbaycan Terapevtlər Cəmiyyətinin sədri, Azərbaycan SSR Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Məmmədəmin Əfəndiyev haqqında məlumatları təqdim edirik. 
 
O, 1897-ci il sentyabr ayının 23-də Şamaxı rayonunda anadan olub. Təhsil aldığı illərdə Məmmədəmin Əfəndiyevin gənc ziyalı kimi yetişməsində tanınmış şairlərimiz Abbas Səhhət, M.Ə.Sabir, Məmməd Tərrah kimi şəxsiyyətlərlə dostluq edən dayısı Əbdülrəhman Tofiqin böyük rolu olub.
 
Professor Məmmədəmin Əfəndiyev 1944-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun I Müalicə-profilaktika fakültəsinin Daxili xəstəliklərin propedevtikası kafedrasının müdiri vəzifəsində çalışıb. 1954-cü ildən ömrünün sonunadək Azərbaycan Terapevtlər Cəmiyyətinin sədri olub.
 
Terapevt kimi fəaliyyət göstərən Məmmədəmin Əfəndiyev patologiya, kurortologiya və tibb tarixi məsələlərinə həsr olunmuş elmi tədqiqatlar aparıb. Ötən əsrin 30-cu illərində Azərbaycanda tüğyan edən malyariya, qurd xəstəliklərinə və digər tropik-parazit xəstəliklərinin aradan qaldırılmasında onun böyük xidmətləri olub. Alim, həmçinin neftçilər arasında təsadüf edilən peşə xəstəliklərinin profilaktika və müalicə üsullarını öyrənib.
 
Məmmədəmin Əfəndiyev 1957-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adına layiq görülüb. O, Lenin ordeni və bir çox orden və medallarla təltif edilib.
 
Görkəmli alim 1984-cü ildə Bakı şəhərində vəfat edib.
 
Qeyd edək ki, hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən Xətai Tibb Mərkəzi Məmmədəmin Əfəndiyevin adını daşıyır.
 
TƏBİB
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub