Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları Suqovuşan su anbarında olublar
27.08.2023 14:03
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində keçirdiyi tibbi sosial aksiyada iştirak edən əməkdaşları Talış kəndində erməni vandalizminin acı nəticələri və aparılan bərpa quruculuq işləri ilə tanış olublar.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitaldan xəbər verilib.
 
Bildirilib ki, əməkdaşlar, həmçinin Suqovuşan su anbarında olublar. Tibbi sosial aksiya iştirakçıları Qarabağın böyük enerji təyinatlı, hərbi-strateji əhəmiyyətli Suqovuşan su anbarında Azərbaycan Respublikasının Dövlət bayrağını, Dövlət Gömrük Komitəsinin və Mərkəzi Gömrük Hospitalının bayraqlarını açıblar. 
 
Xatırladaq ki, 1976-cı ildə istifadəyə verilmiş Suqovuşan su anbarı Tərtərçay və Turağaçay çaylarının sularından əmələ gəlir. 28 il işğal altında qalmış Suqovuşan su anbarını 2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub