Vitamin D çatışmazlığı zamanı nə baş verir?
26.08.2023 18:59

Vitamin D uşaqlar və yetişkinlər üçün ən vacib vitaminlər arasında yer alır. Vitamin D əskikliyi həm uşaqlarda, həm də yetişkinlərdə ciddi xəstəliklərə səbəb ola bilər. Yağda həll olan vitaminlər arasında yer alan Vitamin D-nin böyük nisbəti günəş işığında ultrabənövşəyi şüaların təsiri ilə dəridə sintez olunur. Baxmayaraq ki, qida ilə də orqanizmə daxil olur, lakin bu çox az miqdardadır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin həkimi, terapevt Azadə İsayeva Vitamin D çatışmazlığı haqqında məlumat verərkən bildirib.

 

Həkimin sözlərinə görə, yetəri qədər günəşlənməmə və təbii qidalarda az miqdarda Vitamin D olması vitamin D əskikliyinin yaranmasına səbəb olur. Bu zaman yaranan patologiyaları aşağıdakılar kimi sadalaya bilərik:

Osteomalyasiya adlanan yetkinlik dövründə yaranan sümük xəstəliyi
Sümük və əzələ ağrıları ,sümüklərin tez qırılması
Körpələrdə və uşaqlarda əzələlərdə zəiflik və sümük deformasiyasına səbəb olan raxitlik
Sümük metabolizminin inkişaf etməməsi
İmmunitetin yaxşı işləməməsi nəticəsində xəstəliklərlə mübarizənin zəifləməsi
Artıq çəkililik
Yuxu pozğunluqları
Alzeimer xəstəliyinə səbəb yaradır
Günün bütün saatlarında xroniki yorğunluq

 

"Əgər sizdə də belə hallar müşahidə olunursa, terapevt həkimə müraciət etməyiniz tövsiyyə olunur" - deyə A.İsayeva qeyd edib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub