Kanadada yaşayan Azərbaycan əsilli mütəxəssis müharibə iştirakçılarına reabilitasiya xidməti göstərib
25.08.2023 12:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində alternativ reabilitasiya üsulu kimi akupunktura proseduru tətbiq edilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, bu prosedur Mərkəzdə xidmət alan Vətən müharibəsi iştirakçılarına Azərbaycan əsilli Çin təbabəti mütəxəssisi Həsən Əskərovun təşəbbüsü ilə həyata keçirilib.

 

Həsən Əskərov Çin Xalq Respublikasının Akupunktura Araşdırma və Təlim Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Kanadada Çin Təbabəti və Mədəniyyəti Universitetinin fəlsəfə doktoru dərəcəsini alıb. Mütəxəssis artıq 45 ildir ki, akupunktura və alternativ reabilitasiya üzrə xidmət göstərir.

 

Akupunktura metal iynələr vasitəsilə insan orqanizminin bioloji aktiv nöqtələrinə təsir etməklə aparılan müalicə metodudur. Bu üsul bir çox xəstəliklərin (müxtəlif nevritlər, onurğa sütununun osteoxondrozu, artrozlar, nevroz və s. ) müalicəsində uğurla tətbiq edilir.

 

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində əlilliyi olan şəxslər reabilitasiyanın yeni biopsixososial modelinə uyğun olaraq müasir və effektiv metodlara əsaslanan fizioterapiya və sosial-psixoloji xidmətlərlə təmin edilirlər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub