"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: İsmayıl Kərimov
25.08.2023 09:29

"Həkimlərimizi tanıyaq!" rubrikamızda söz açacağımız İsmayıl Meybulla oğlu Kərimov zəngin iş təcrübəsinə malik peşakar təbiblərimizdən biridir.

 

O, 1955-ci il dekabrın 24-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 1972-1978-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 1978-ci ildə təyinatla Salyan Rayon Mərkəzi Xəstəxanasına göndərilib, 1978-1987-ci illərdə Salyan Rayon Dəri Zöhrəvi Dispanserində, 1987-1992-ci illərdə Salyan Narkoloji Dispanserində həkim işləyib.

İ.Kərimov 1992-1995-ci illərdə Salyan Psixo-Nevroloji Dispanserində baş həkim, 1995-2000-ci illərdə Şorsulu rayonlararası Əsəb Nevroloji Xəstəxanasında baş həkim, 2000-2002-ci illərdə Bakı şəhəri 2 nömrəli Dəmir Yol Xəstəxanasında həkim vəzifələrində çalışıb. 2000-2010-cu illərdə ABU-da müxtəlif vəzifələrdə - baş müəllim, metodist, dekan müavini, dekan kimi fəaliyyət göstərib. 2010-2016-cı illərdə “Readfarm şirkətində” həkim menecer, 2016-2021-ci illərdə Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Tibbi Sosial Ekspertiza və Reabiltasiya Mərkəzinin 2 saylı uşaq reabiltasiya müəssiəsində həkim işləyib. O, 2021-ci ildən Aşağı Surra kənd məntəqəsinin müdiridir.

 

Həkim 1987-ci ildə Ukrayna Respublikasının Xarkov şəhərində alkoqolizm və narkamaniyanın qeyri dərman vasitələri ilə müalicə kursunu bitirib, 1991-2011-ci illərdə Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixatriya və narkologiya kafeadrasında ixtisaslaşma kursu keçib, 2012 və 2021-ci illərdə psixiatriya üzrə sertifiaksiya alıb.

 

O, 2010-cu ildən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda “Tibbi etikanın və bioetikanın qarşılıqlı münasibətlərinin təhlili” mövzusunda dissertasiya işini müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. İ.Kərimov 20-yə yaxın elmi məqalənin müəllifidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır