Gecikdirilmiş ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına müraciət edən uşaq sağlamlığına qovuşub
24.08.2023 09:32

Ağcabədi rayon sakini, 2015-ci il təvəllüdlü Nihad Kərimov velosipeddən yıxıldıqdan sonra yüksək bədən hərarəti, sağ ayağın dizdən yuxarı qızartısı, ödəm, eyni zamanda döş qəfəsində və qarında kəskin ağrılardan şikayələnib. O, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gecikdirilmiş ağır vəziyyətdə müraciət edib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, xəstəyə lazımi stasionar müalicə göstərildikdən sonra “Sağ diz nahiyyəsindən yuxarı dərin ve səthi venaların tam trombozu və bu tromblara bağlı ağciyərin septik tromboemboliyası“ diaqnozu qoyulub.

 

Aparılan müalicələr nəticəsində pasiyentin vəziyyəti yaxşılaşaraq evə yazılıb.

 

Nihad Kərimovun valideynləri oğullarına göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova, Uşaq Klinik Xəstəxanasının direktor müavini Rəşad Tağıyevə və uşaqlarının müalicəsində iştirak edən həkim və tibb bacılarına minnətdarlıqlarını bildiriblər.



Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub