Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpə uğurla əməliyyat olunub
24.08.2023 09:22

Körpə ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb. Ətraflı müayinə zamanı körpəyə sol tərəfli diafraqmal yırtıq, sol ağ ciyərin hipoplaziyası, pulmonar hipertenziya diaqnozları qoyulub.

 

Bu barədə Aztibb.az-a Elmi-Tədqiqat Pediatriya İnstitutundan məlumat verilib.

Bildirilib ki, reanimatoloq Afət Ağayevanın apardığı əməliyyatönü hazırlıqdan sonra körpə əməliyyata götürülüb. Həkim-cərrah Umud Musayev tərəfindən uşaq cərrahı Heyrət Əhmədovun assisentliyi ilə körpəyə laparotomiya, frenikoplastika əməliyyatı icra olunub.

 

Körpə bir neçə gün süni ventilyasiya dəstəyində olub. Reanimatoloqların səyi, tibb bacılarının körpəyə qulluğu sayəsində vəziyyəti yaxşılaşıb və evə yazılıb.

 

Körpənin valideynləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bütün kollektivinə, müalicə həkimi reanimatoloq Afət Ağayevaya, uşaq cərrahları Umud Musayevə, Heyrət Əhmədova və anestezioloq Qönçə Əsgərovaya təşəkkür ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub