"Daban mahmızının əsas əlaməti daban nahiyəsində olan ağrılardır" - Travmatoloq
23.08.2023 12:03

Daban mahmızı çox geniş yayılmış xəstəliklərdən biridir. Dayaq -hərəkət aparatının pozğunluğu olub, tibbdə plantar fassit də adlandırılır. Plantar fassit zamanı daban nahiyəsində olan bağlar iltihablaşır. İltihab artdıqca daban sümüyü üzərində çıxıntılar əmələ gəlir ki, məhz bu çıxıntılara da şporlar deyilir.

 

Aztibb.az xəbər verir ki, TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Aqil Yusubov bildirib ki, əgər müalicəyə vaxtında və düzgün başlanmazsa daban nahiyəsində güclü ağrılar, axsamalar xəstələri narahat edir.

A.Yusubov qeyd edib ki, daban mahmızının əsas əlaməti daban nahiyəsində olan ağrılardır. Ağrının yaranma səbəbi dabanda yaranmış osteofitlərin yumşaq toxumları zədələməsidir. Daban mahmızının diaqnozu Rentgen müayinəyə əsasən qoyulur. Rentgen müayinə zamanı daban sümüyündə olan iti çıxıntılar -osteofitlər görünür. Daban mahmızının müalicəsi konservativ və cərrahi yollarla aparılır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub