Son zamanlar uşaqlar arasında siqaretə meyillilikdə artım müşahidə olunur
23.08.2023 11:21

Son zamanlar Azərbaycanda uşaqlar arasında siqaretə meyillilikdə artım müşahidə olunur. Passiv siqaret çəkən azyaşlılar aktiv siqaret çəkənlərlə müqayisədə daha çox zərər görürlər. Siqaretin arxasında bir filtr var və o aktiv siqaret çəkənləri müəyyən qədər də olsa zərərlərdən qoruyur. Lakin passiv siqaret çəkənlər, xüsusən də uşaqlar ciddi təhlükə ilə üz-üzədirlər.

 

Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu bildirib.

 

Həkimin sözlərinə görə, çayxanalarda, qəlyanxanalarda, evdə duman-tüstü altında oturanlar ən azı o qəlyan, siqaret çəkən şəxs qədər zərərə məruz qalır və ürək-damar xəstəlikləri riskini daşıyırlar. Xüsusən də gənclər arasında siqaretə meyillilik çox yayılıb. Bu da nəticə etibarilə gənc yaşlarda ürək-damar xəstəliklərinə, infarkta səbəb olur. Xüsusən də 13-14, 17-18 yaşda siqaretə meyillikdə bir pik hədd müşahidə olunur:

 

"Bu həm orta məktəbin bitdiyi dövr, həm də imtahanların, yəni stresin daha çox müşahidə olunduğu dövrdür. Uşaqlar ailədə gördükləri vərdişləri daha çox tətbiq emtəyə çalışırlar. Məsələn, ata, baba, əmi, dayılar siqaret çəkirsə, artıq uşaq gözünü açanda onunla tanış olmuş olur. Uşağın bu vərdişlərə meyllənməsində mühitin böyük təsiri var".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub