Lənkəranda hamilələrə göstərilən tibbi xidmətin keyfiyyətinin dəyərləndirilməsi üzrə regional konfrans keçirilib
22.08.2023 21:38

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə ana və uşaq sağlamlığının qorunması istiqamətində yaradılmış komissiyanın üzvləri tibbi xidmətin təşkilinin dəyərləndirilməsi və doğuşayardım xidmətinin qiymətləndirilməsi məqsədilə Lənkəran Regional Perinatal Mərkəzinə ezam olunublar.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.


Bildirilib ki, Komissiya tərəfindən analara və yenidoğulmuşlara göstərilən tibbi xidmət, infeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) qaydalarının tətbiqi, qadın və reproduktiv sağlamlığın qorunmasına yönələn tədbirlərin həyata keçirilməsi, yenidoğulmuşların sağlamlığının qorunması məqsədilə skrininq proqramı çərçivəsində göstərilmiş laborator xidmətin, eləcə də müəssisədə keyfiyyətə nəzarət işinin təşkili, kritik durumda daxil olan hamilələrə göstərilən tibbi xidmətin keyfiyyətinin dəyərləndirilməsi və uşaq sağlamlığının qorunması istiqamətində tibbi xidmətin təşkilinin qiymətləndirilməsi aparılıb.

 

Səfərin birinci günündə Lənkəran Perinatal Mərkəzinin konfrans zalında videoformatda Lənkəran Tibbi Ərazi Bölməsinə və Cəlilabad-Salyan Tibbi Ərazi Bölməsinə daxil olan ətraf rayonların (Masallı, Yardımlı, Lerik, Astara, Biləsuvar, Neftçala, Salyan) məsul əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə 2023-cü ilin ilk 6 ayı ərzində TƏB üzrə göstərilən antenatal və doğuşayardım xidmətinin müqayisəli nəticələri barədə ətraflı məlumat verilib.

 

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov ana və uşaq sağlamlığının prioritet istiqamət olmasını vurğulayaraq, TƏBİB-in bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

 

Tibbi xidmətlərin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova Lənkəran və Cəlilabad regionları üzrə antenatal və stasionar doğuşayardım xidmətləri üzrə 2023-cü ilin ilk 6 ayına dair məlumat verib, ölkəmizdə ana və uşaq ölümlərinin tədricən azaldılmasına yönləndirilən tədbirlər haqqında məruzə ilə çıxış edib. Eyni zamanda qadın reproduktiv sağlamlığının qorunmasına dair yönələn tədbirlər və onların tətbiqi haqqında geniş təqdimat da nümayiş etdirilib.


Daha sonra Ana və uşaq sağlamlığı şöbəsinin baş məsləhətçisi Şəbnəm Şahgəldiyeva regionda neonatal xidmət və təxliyələrin mövcud təlimatlara uyğun təşkil, Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli isə Lənkəran Perinatal Mərkəzi üzrə perinatal ölüm hallarının təhlili və görülən işlərin nəticələri barədə çıxış edib.

 

İnfeksion nəzarətin təşkili barədə geniş məruzə ilə çıxış edən Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova Lənkəran Perinatal Mərkəzində xidmətin təşkilinə dair öz tövsiyələrini verib.

 

Keyfiyyət standartlarına və onların hesabatlılıq sisteminin tətbiqinin təkmilləşdirilməsinə dair həyata keçirilməli olan tədbirlər haqqında Keyfiyyətin idarə olunması şöbəsinin müdiri Xanım Məlikova da öz növbəsində məruzə ilə çıxış edib.

 

Tədbirin sonunda müəssisə rəhbərlərinə doğuşayardım xidməti üzrə mövcud əmr və sərəncamların, təlimat və protokolların icrasına nəzarət, həmçinin antenatal və doğuşayardım işinin gücləndirilməsi məqsədi ilə bu sahədə müntəzəm olaraq təhlillərin keçirilməsi tapşırılıb.

 

Qeyd edək ki, tədbirdə ətraf rayon mərkəzi xəstəxanalarının rəhbərləri və 219 nəfər müvafiq sahə üzrə ixtisaslaşmış tibb işçisi iştirak edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
 Azərbaycanda transplantasiyanın tarixi   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib