Anomal istilər zamanı konservləşdirilmiş qidalardan az istifadə olunmalıdır - Terapevt
22.08.2023 11:29

İsti havalarda tez-tez rastlaşdığımız problemlərdən biri də qida zəhərlənmələridir. Qida zəhərlənməsi yeyilən qidanın tərkibindəki bəzi mikroorqanizm və zəhərlərin (toksin) olması nəticəsində ortaya çıxır. Bundan başqa, yeməyin metal və bəzi kimyəvi maddələrlə təması da zəhərlənmələrə səbəb olur.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-terapevti İlham Əliyev bildirib.

 

Həkim qeyd edib ki, qida zəhərlənmələri daha çox ət və süd məhsulları, sosiska, kolbasa, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları kimi qidaların istifadəsi zamanı ortaya çıxır. Yay mövsümündə, xüsusən də anomal istilər zamanı konservləşdirilmiş qidalardan az istifadə olunmalıdır: "Bu cür qidalardan zəhərlənmələr bəzən ağır nəticələr verə bilər. Elə qida növləri də var ki, mövsümdən asılı olmayaraq onların bir-birinə qatılması zəhərlənmələrə yol açır. Qida zəhərlənməsinin qarşısını almaq üçün ən başlıcası məhsulu alarkən istehsal tarixini və son istifadə tarixini yoxlamaq vacibdir"

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub