Tibbi Xidmət idarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları “Heydər Əliyev zirvəsi”ni fəth ediblər
21.08.2023 11:24

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Həmkarlar Komitəsinin təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr etdikləri “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

 

Yürüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının İnformasiya Texnologiyaları şöbəsi-mühəndis-proqramlaşdırıcı Natiq Orucov, Alqı-satqı və təchizat şöbəsinin satınalmalar üzrə mütəxəssi Əlişir Mirzəyev, Radiologiya şöbəsinin böyük tibb bacısı İradə Tağıyeva və Kardiologiya şöbəsinin tibb bacısı Ruhəngiz Axundova iştirak ediblər. Yürüşün əsas məqsədi Ümummilli Liderin anımı, sağlam həyat tərzi təbliğ etməkdir.

 

Bakıdan hərəkətə başlayan yürüş iştirakçıları mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək Böyük Qafqaz sıra dağlarının Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxıb, orada dövlət bayrağımızı ucaltmış və Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub