Hemofiliyanın müasir müalicəsi sahəsində aparılan islahatlara dair mətbuat konfransı keçirilib
19.08.2023 11:23

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə hemofiliyanın müasir müalicəsi və diaqnostikası sahəsində aparılan islahatlara dair mətbuat konfransı keçirilib.

 

Assosiasiyadan Aztibb.az-a verilən məlumata görə, mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in məsul əməkdaşları, qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasiyentlər, həkimlər və media nümayəndələri iştirak ediblər.

 

Tədbirdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov son 6 ay ərzində dövlət səhiyyə qurumları ilə birgə əməkdaşlığından faydaları və pasiyentlərin müalicəsində mövcud çətinliklər və inkişaf edilməli olan sahələr barədə çıxış edib.

 

Bildirilib ki, bunlardan ən əsası hemofiliyanın müalicəsi üçün Respublika Klinik Xəstəxanasında çalışan tibb işçilərindən ibarət multıdısıplınar komandanın formalaşması, pasiyentlərin elektron məlumat bazasının beynəlxalq standartlara uyğunlaşması, inhibitorlu pasiyentlərin dərman preparatlarına əlçatanlığının təminatıdır. Həmçinin pasiyentin faktor preparatlarına əlçatanlığını təmin etmək üçün Rayon Mərkəzi Xəstəxanalarına çatdırılması, pasiyentlərin oynaqlarında yaranan fəsadların aradan qaldırılmasında planlı endoprotez əməliyyatlarının aparılmasına hazırlıq da mühüm vəzifələrdəndir.

Göstərilən əsas məsələlərlə bağlı işlərin aparıldığı və müalicənin keyfiyyətinin yaxşılaşdırılmasında dövlət səhiyyə qurumları tərəfindən lazımı addımların atılacağı bildirilib.

 

Qeyd edək ki, 2006-cı ildən Dövlət Proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan vəsait hesabına göstərilən tibbi xidmət və faktor konsentratları ilə təminat qanaxmalarla müşahidə olan xəstəlikdən əziyyət çəkən vətəndaşların həyat keyfiyyəti yüksəlmişdir.

Hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların keyfiyyətli müalicəsinin təşkili üçün dövlət səhiyyə qurumları və pasiyent təşkilatı olan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası səfərbər olub, yuxarıda göstərilən vəzifələri həyata keçirilməsini yaxın zamanda planlaşdırır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub