"Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir!
21.08.2023 16:09
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Millətimizin müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bəhs edəcəyimiz Sevda Xəlilova da həyatını insanların sağlamlığına həsr etmiş təbiblərimizdəndir.

 

O, 1975-1982 illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda təhsil alıb. 1985-1990-cı illərdə Bakı şəhəri, 21 saylı poliklinikada nevropatoloq kimi fəaliyyət göstərib. 1990-1994-cü illərdə Respublika Peşə Patologiyası Mərkəzində həkim-ordinator (nevropatoloq) vəzifəsində çalışıb.

 

S.Xəlilova 1994-1997-ci illərdə Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Əmək gigiyenası və peşə xəstəlikləri şöbəsinin müdiri işləyib. 1997-2022-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Peşə xəstəlikləri şöbəsində baş həkim vəzifəsində çalışıb. 2022-ci ildən institutun Peşə xəstəlikləri şöbəsinin müdiridir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub