Şirvanda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib
12.08.2023 10:16

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Aztibb.az-a bildirilib ki, iştirakçılar öncə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, dahi liderin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. 

 

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov,  pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov, Şirvan ŞMX PHŞ -nın direktoru Pərviz Rüstəmbəyov,şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli” elan edilib. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir.

 

İcra başçısı vurğulayıb ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin genişmiqyasılı siyasi-ideoloji fəaliyyətində dil siyasəti mühüm yer tutur. Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

 

İlqar Abbasov Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olduğunu, Ulu Öndərin şəxsi təşəbbüsü, qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edildiyini qeyd edib. O, ömrünü xalqının rifahına həsr etmiş Heydər Əliyevin xatirəsinun Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib, müasir və müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini diqqətə çatdırıb.

 

Sonra “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayiş olunub.

 

Tədbirdə Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi, professor Akif Abbasov məruzə ilə çıxış edərək bildirib ki, milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür.

 

Akif Abbasov qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti müasir tariximizdə müstəsna yer tutur. Bu gün istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Ulu Öndərin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq: "Heydər Əliyevin dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, onunla fəxr etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrədib".

 

O, Azərbaycanın dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dilinin Ulu Öndərin əvəzsiz xidmətləri sayəsində xalqın milli mənəvi sərvətinə çevrilərək ən yüksək inkişaf zirvəsini yaşadığını diqqətə çatdırıb.

 

Daha sonra çıxış edən Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov, Əməkdar müəllim Sevil Xudiyeva Ulu Öndərin dilimizin inkişafı sahəsində atdığı addımlardan danışaraq, bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub  
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
İcra başçısı Cəlilabad RMX-da müalicə alan şəhid anasını ziyarət edib
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
Zəngin iş təcrübəsinə malik peşəkar həkim Tahirə Məmmədova - Həkimlərimizi tanıyaq!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Ana qızının bağışladığı qaraciyərin sağ payı ilə sağlam şəkildə həyata bağlandı - Mərkəzi Klinikada uğurlu əməliyyat
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?