Daha bir həkim fəaliyyətini Göygöl Rayon Mərkəzi Xəstəxanasında davam etdirəcək
10.08.2023 14:00

Həkim-terapevt Famil Rəcəbov Göygöl Rayon Mərkəzi Xəstəxanasının Mərkəzi ASM şöbəsində həkim-terapevt vəzifəsinə təyin olunub.

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, o, 1973-cü ildə Ermənistan SSR Vardenis rayonu Şişqaya kəndində anadan olub. 1991-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1997-1998-ci illərdə Gəncə şəhər Z.Məmmədov adına 3 nömrəli xəstəxanada internatura keçib.

 

F.Rəcəbov 1999-2002-ci illərdə Samux Rayon Mərkəzi Xəstəxanasında həkim anestezioloq-reanimotoloq vəzifəsində çalışıb. 2003-2023-cü illərdə Gəncə şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim kimi fəaliyyət göstərib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib