Gülüstan Ailə Sağlamlıq Mərkəzi 31 mindən çox vətəndaşa xidmət göstərir
04.08.2023 11:06

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Gülüstan Ailə Sağlamlıq Mərkəzi (ASM) 2021-ci ilin əvvəlindən fəaliyyətə başlayıb.

 

Aztibb.az xəbər verir ki, tibb müəssisəsi təxminən 31430 insana xidmət göstərir.

 

Hazırda Ailə Sağlamlıq Mərkəzində 20-i həkim, 40-i orta tibb heyəti olmaqla, ümumilikdə 73 tibb personalı çalışır. ASM-in həkim heyəti ailə həkimi-terapevt, ailə həkimi-pediatr, ailə həkimi-ginekoloqlardan ibarətdir. Burada həkimlər tərəfindən müayinə olunmuş xəstələr lazımi instrumental və laborator müayinələrə göndərilir və onlara müalicə təyin edilir. Gülüstan ASM-in şöbə müdiri Heydərli Sevinc Orxan qızıdır.


Məlumat üçün bildirək ki, digər xəstəxanalarda olduğu kimi, burada da xəstəliklərin müayinəsi və müalicəsi ilə bağlı xidmətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfində mövcuddur. Bu xidmətlərdən hər bir ölkə vətəndaşı ödənişsiz şəkildə yararlana bilər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır