Əməkdar həkim Ağayar Quliyev - Peşəkar həkimlərimizi tanıyaq!
08.08.2023 17:12

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar həkimlərimizi tanıtmaqda davam edir.

 

Rubrikada bu dəfə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi, Əməkdar həkim Ağayar Əlövsət oğlu Quliyev haqqında məlumatları diqqətə çatdırırıq.

 

O, 1944 -cü ildə Quba rayonu Bilgah kəndində anadan olub. 1963-1969-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə və profilaktika fakültəsində təhsil alıb. 1969-1971-ci illərdə Ukraynada hərbi həkim, 1971-1977-ci illərdə Quba rayonu Rük kənd Sahə xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.

1977-ci ildə travmatologiya-ortopediya üzrə ixtisasartırma kursu keçib.

 

Ağayar Quliyev 1977-ci ildən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətə başlayıb. 1978-2019-cu illər ərzində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2019-cu ildən isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində travmatoloq-ortoped kimi fəaliyyətini davam etdirir.

 
O, 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır