TƏBİB-in tabeliyindəki xəstəxanalarda infeksiyaların profilaktikası və infeksion nəzarət işinin təşkili təkmilləşdirilir  
28.07.2023 16:54
24-27 iyul tarixlərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki xəstəxanalarda infeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) işinin təşkili məqsədilə TƏBİB-in və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşları Quba rayonuna səfər ediblər.
 
TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, səfər çərçivəsində Quba Rayon Mərkəzi Xəstəxanası, Quba Rayon Müalicə Diaqnostika Mərkəzi və Quba Rayon Perinatal Mərkəzi ziyarət edilib, müəssisə rəhbərləri ilə yerində görüşlər keçirilib. Bu görüşlər zamanı infeksion nəzarət tədbirlərinin tibbi xidmətlərin keyfiyyətinin artırılmasındakı rolu xüsusi vurğulanıb, bu işin qurulmasında müəssisə rəhbərlərinin roluna diqqət çəkilib.
 
25 iyul tarixində ÜST-nin eksperti Can Hekimoğlu tərəfindən Quba və ətraf rayonlardan dəvət olunmuş infeksion nəzarət üzrə məsul şəxslərin və digər tibbi personalın iştirakı ilə “Əl gigiyenası” mövzusunda təlim keçirilib. Təlimdə açılış nitqi ilə çıxış edən TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva iştirakçılara müraciət edərək səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların qarşısının alınmasında vəzifəsindən asılı olmayaraq, bütün tibb işçilərinin komanda şəklində çalışmalı olduğunu, bunun bütün tibb işçilərinin mənəvi borcu olduğunu qeyd edib.
 
Növbəti günlərdə ÜST-nin ekspertləri “Müəssisə səviyyəsində infeksiyaların profilaktikası və infeksion nəzarət tədbirlərinin qiymətləndirilməsi” alətindən istifadə etməklə Quba Rayon Mərkəzi Xəstəxanasını infeksion nəzarət baxımından dəyərləndirib, infeksion nəzarət üzrə məsul şəxslərə öz tövsiyələrini veriblər.
 
Qeyd edək ki, bu dəyərləndirmə gələcəkdə infeksion nəzarət fəaliyyətlərinin qiymətləndirilməsində meyar rolunu oynayacaq və bu baxımdan əhəmiyyətlidir.
 
Səfər ÜST-nin texniki dəstəyi ilə “Azərbaycanda Pandemiyaya Cavab Tədbirləri” layihəsi çərçivəsində həyata keçirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev